İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib.Sport1.az xəbər verir ki, bu vəzifəyə Xoakin Kaparros təyin olunub.
La Liqa təmsilçisinin rəsmi məlumatına görə, 69 yaşlı mütəxəssis cari mövsümün sonunadək "Sevilya"nın sükanı arxasında olacaq. Tərəflər arasında bağlanılan müqavilənin şərtləri açıqlanmayıb.
Kaparros 2000-05, 2017-18 və 2018-19 mövsümlərində də əndəlüslüların baş məşqçisi olub.
Qeyd edək ki, "Sevilya" hazırda 31 oyundan sonra 36 xalla İspaniya La Liqasında 13-cü pillədə qərarlaşıb.
Sport1.az