Antonio Konte A Seriyasında üç fərqli komanda ilə çempion olan ilk məşqçi olub.Sport1.az xəbər verir ki, 55 yaşlı mütəxəssis bundan əvvəl “Yuventus” (2011/2012, 2012/2013, 2013/2014) və “İnter”lə (2020/2021) İtaliya çempionu adını qazanıb.
Fabio Kapello da üç fərqli komanda ilə A Seriyasını qazanıb: “Roma”, “Milan” və Yuventus. Lakin “Qoca sinyora”nın 2004/2005 və 2005/2006 mövsümlərində çempionluqları korrupsiya qalmaqalı səbəbindən ləğv edilib.
Qeyd edək ki, “İnter”i 1 xal qabaqlayan “Napoli” 2024/25 mövsümünün qalibi olub.
Sport1.az