“İnter”in hücumçusu Lautaro Martines klub tarixinə düşüb.Sport1.az xəbər verir ki, argentinalı forvard Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Barselona” ilə cavab oyununda fərqlənməklə bunu reallaşdırıb.
Matçda hesabı açan Martines cari mövsüm ÇL-dəki qol sayını 9-a çatdırıb. Bununla o, “İnter” tarixində bu turnirdə bir mövsümdə ən çox qol vuran Ernan Kresponun rekordunu təkrarlayıb. Lautaronun həmyerlisi 2002-03 mövsümündə Çempionlar Liqasında 9 dəfə fərqlənib.
Qeyd edək ki, “İnter” 4:3 hesablı qələbə qazanaraq, finala yüksəlib.
Sport1.az