Almaniyanın "Borussiya Dortmund" klubunun futbolçusu Seru Qirassi UEFA Çempionlar Liqasında (ÇL) iki rekorda imza atıb.[/b]
[b]Sport1.az xəbər verir ki, qvineyalı hücumçu ÇL-nin 1/4 final mərhələsində evdə İspaniya "Barselona"sını 3:1 hesabı ilə məğlub etdikləri cavab oyununda het-trik edib.
Bununla da, 29 yaşlı forvard cari mövsüm turnirdəki qollarının sayını 13-ə çatdırıb. O, "arılar"ın heyətində bir mövsüm ərzində ÇL-da ən çox qol vuran futbolçu adına yiyələnib. Qirassı həmçinin afrikalı futbolçular arasında da mütləq rekordçu olub.
Qeyd edək ki, "Borussiya Dortmund" iki oyunun cəmində 3:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Sport1.az