Futbol / Azərbaycan / Premyer Liqa
22:51
19.04.2025
87
"Bütün məğlubiyyətləri mənim üzərimə yıxmayın".
Sport1.az xəbər verir ki, bunu "Neftçi" komandasının baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XXXI turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan derbisində uğursuz nəticənin səbəblərindən danışıb: "Azərbaycan derbisidir və "Neftçi" istəyən insanları başa düşürəm. Bu gün "Qarabağ"a uduzmağımız ağırdır, ancaq bu, o demək deyil ki, biz Avropaya çıxmağa layiq deyilik.
Oyuna yaxşı başlamışdıq. Təəssüf ki, bu il başımıza bəla olan fərdi səhvlərin ucbatından uduzduq. Bu matçda qol vurmaq üçün imkanlarımız olsa da, alınmadı. Soyuq başla təhlil edəndə görürük ki, rəqibin imkanları daha çox oldu. Qol buraxmaq məsələsinə gəldikdə isə bunlar mütəmadi hər oyunda olan proseslərdir".
Sport1.az