Dünyanın keçmiş birinci raketkası Daniil Medvedev Şanxay Masters turnirinin üçüncü raundunda ispaniyalı Alejandro Davidoviç Fokinanı düz setlərlə məğlub edib. Sport1.az xəbər verir ki, Oyunun 30 dərəcə isti və yüksək rütubət altında keçməsi tennisçilər üçün çətin şərait yaradıb. Hər oyundan sonra köynəklərini dəyişmək məcburiyyətində qalan idmançılardan Medvedev bu şəraitə daha yaxşı uyğunlaşıb. Bu nəticə ilə rusiyalı tennisçi baş-başa görüşlərdə Fokina üzərində üstünlüyünü 5-1-ə çatdırıb. Cari mövsümdə sərt kortlarda parlaq çıxış edən Medvedev son beş oyunun dördündə qalib gəlib və Şanxayda yarımfinala yüksəlmək uğrunda mübarizəni davam etdirəcək.
Sport1.az