son dəqiqə SON DƏQİQƏ
Litvada şəhidlərin xatirəsi yad edildi ● Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Portuqaliya Norveçə, Yunanıstan Almaniyaya qarşı ● Günün oyunları: ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə üz-üzə gəlir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ●

Güləşçilərimizdən Budapeştdə 2 bürünc medal

Bölmə adı ---
Yayımlandı 19-07-2025, 23:49

Macarıstanın paytaxtı Budapeştdə keçirilən yunan-Roma güləşi üzrə reytinq turniri sona yaxınlaşır.

Sport1.az xəbər verir ki, Yarışın üçüncü günündə Azərbaycan millisinin beş üzvü xalçaya çıxıb.

72 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Nurullayev ilk görüşdə qazaxıstanlı Daniyar Kalenovu 5:1 hesabı ilə məğlub edib. Lakin 1/4 finalda gürcü Yuri Lomadzeyə 0:10 hesabı ilə uduzub. Təsəlliverici görüşdə norveçli Juan Aak üzərində 6:4 hesablı qələbə qazanan Nurullayev bürünc medal uğrunda qarşılaşmada digər bir gürcü rəqibi Giorgi Çxikvadzeyə 9:0 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

Eyni çəkidə Həsrət Cəfərov yarışda gücünü sınayıb. O, ardıcıl olaraq serbiyalı dünya çempionu Ali Arsalanı (2:1) və qazaxıstanlı Merey Maulitkanovu (5:3) məğlub edərək yarımfinala yüksəlib. Lakin burada özbəkistanlı Abdulla Aliyevə 3:5 hesabı ilə uduzan Həsrət, biləyindəki zədə səbəbindən bürünc medal görüşünə çıxmayıb.

87 kq çəki dərəcəsində yer alan İslam Abbasov isə ilk mərhələdə macarıstanlı İstvan Takaçı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda niderlandlı Marsel Sterkenburqun zədə alması səbəbindən növbəti mərhələyə vəsiqə qazanıb. Norveçli Eksos Mukubunu “ilk xal” prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdıran Abbasov yarımfinalda macarıstanlı David Losonçiyə 0:4 hesabı ilə uduzub. Bürünc medal uğrunda görüşdə serbiyalı Avropa çempionu Aleksandr Komarovu 5:2 hesabı ilə üstələyərək üçüncü yeri qazanıb.

130 kq çəkidə yarışan Beka Kandelaki koreyalı Seunqçan Liyə 9:0 hesabı ilə tam üstünlüklə qalib gəlib. Lakin 1/4 finalda macarıstanlı Dariuş Vittekə sonuncu xal prinsipinə əsasən (3:3) uduzub. Zədələndiyi üçün təsəlliverici görüşə çıxmayıb.

Eyni çəkidə mübarizə aparan Sərxan Məmmədov isə ardıcıl olaraq ABŞ təmsilçiləri Aden Attao (9:0) və Kurtni Frimanı (4:3) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə o da Dariuş Vittekə “tuş”la məğlub olub. Bürünc medal uğrunda görüşdə isə macarıstanlı Koppani Lasloya 1:2 hesabı ilə uduzub.

Beləliklə, reytinq turnirinin üçüncü günündə Azərbaycan yığması iki bürünc medalla yadda qalıb. Medallara Ruslan Nurullayev və İslam Abbasov sahib çıxıblar.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR