Çində keçirilən Şanxay Masters turnirinin dördüncü raunduna yüksələn hollandiyalı tennisçi Tallon Qriekspur, dünya reytinqində ikinci yerdə olan italiyalı Jannik Sinner üzərində qazandığı qələbənin ona böyük inam verdiyini bildirib.
Sport1.az xəbər verir ki, görüşdə Sinner 7-6 (7-3), 5-7, 2-3 hesabı ilə öndə olarkən zədə səbəbindən mübarizəni dayandırıb.
Qriekspur matçdan sonra fikirlərini belə ifadə edib:
“Bir daha sübut etdim ki, dünyanın ən yaxşı tennisçiləri ilə rəqabət apara bilirəm. Sinner hər iki setdə çox yaxşı oynayırdı və əla formada idi. Buna görə də bu qələbədən çox məmnunam. Düşünürəm ki, bu həm də göstərir — sakit və soyuqqanlı olanda öz oyunumun ən yaxşısını göstərə bilirəm. Həm əqli, həm də fiziki cəhətdən taraz qalanda rəqabət qabiliyyətim artır və bu, mənə böyük inam verir".
Sport1.az