Dünyanın üçüncü raketkası Koko Qauff Pekində keçirilən WTA-1000 turnirində yarımfinala yüksəlib.Sport1.azxəbər verir ki, amerikalı tennisçi 66-cı dünya raketkası Eva Lis üzərində 6:3, 6:4 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, bu, Qauffun mövsümdə dördüncü yarımfinalıdır. O, daha əvvəl Madrid və Roma turnirlərində, həmçinin “Roland Garros”da bu mərhələyə yüksəlib. Tennisçinin cari mövsümdə yarımfinaldakı göstəricisi 3-0-dır.
Sport1.az