Turan Manafovun "Stellenboş"a keçidi rəsmiləşib.Sport1.az-a daxil olan məlumata görə, azərbaycanlı futbolçu Cənubi Afrika Respublikası klubu ilə 3 illik müqavilə imzalayıb.
Müdafiəçi yeni komandasında "2" nömrəli formanı geyinəcək.
Turan Manafovun keçidinin detalları bəlli olub. Azərbaycanlı oyunçu CAR təmsilçisində 3 il ərzində 460 min dollar qazanacaq.
Qeyd edək ki, müdafiəçi ötən mövsüm "Kəpəz"də çıxış edib.
NİHAT KƏRİMLİ
Sport1.az