Bir neçə gün öncə "Turan Tovuz" "Sabah"ın üzvü Abdulla Rzayevi 1 illik icarəyə götürdü. Sport1.az-a daxil olan məlumata görə, qərb təmsilçisi prosesin baş verməsi üçün ödəniş edib.
"Boz qurd" "bayquşlar"a icarə haqqı olaraq 40 min manat ödəyib. Abdulla Rzayev isə özü aylıq 8 min manat maaş alacaq.
Müdafiəçi ilk seçimini də edib. 23 yaşlı futbolçu yeni komandasında "2" nömrəli formanı geyinəcək.
Sport1.az