Bakıda keçirilən UFC turniri başa çatıb.Sport1.az xəbər verir ki, gecə baş tutan matçlardan sonra turnirin ən yaxşı döyüşü açıqlanıb. Bu, Azərbaycan idmançısı Nazim Sadıxovun braziliyalı Nikolas Mottanı məğlub etdiyi görüş olub.
Sadıxov həm ən yaxşı döyüş, həm də ən yaxşı nokaut nominasiyasında birinci olub və 100 min dollar bonus qazanıb.
Azərbaycanın digər təmsilçisi Rafael Fiziyev Çilini təmsil edən İqnasio Bahamondesi məğlub edib, Tofiq Musayev isə Myktybek Orolbaiyə uduzub.
Sport1.az