Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən hücumçu Ben Simmons son dörd mövsümdə cəmi 108 oyunda iştirak edib.Sport1.az xəbər verir ki, bu müddət ərzində avstraliyalı basketbolçu ümumilikdə 147,5 milyon dollar məbləğində qazanc əldə edib.
Beləliklə, o, son dörd mövsümdə hər oyun üçün orta hesabla 1,36 milyon dollar qazanıb.
2021/2022: heç bir oyunda iştirak etməyib, lakin 34 milyon dollar qazanıb.
2022/2023: 42 matçda oynayıb, 35,4 milyon dollar qazanıb.
2023/2024: 15 oyunda çıxış edib, 37,8 milyon dollar qazanıb.
2024/2025: 51 matçda forma geyinib, 40,3 milyon dollar qazanıb.
Qeyd edək ki, Ben Simmons "Filadelfiya" (2016-2022), "Bruklin Nets" (2022-2025) və "Los Anceles Klippers" (2025) komandalarında çıxış edib. O, 2018-ci ildə "İlin ən yaxşı yeni oyunçusu" mükafatını qazanıb və üç dəfə NBA-nın ilin ən yaxşı oyunçuları rəmzi yığmasına seçilib. Həmçinin 2020 və 2021-ci illərdə ən yaxşı müdafiəçilərin siyahısında yer alıb.
Sport1.az