Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşib.Sport1.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” klubları qarşılaşıb.
“Betis 1 - 4 “Çelsi”
Qol: Abdessamad Ezzalzouli 9’
Enzo Fernandez 65’, Nikolas Cekson 70’, Ceydon Sanço 83’, Moise Kaisedo 90’+1
Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutacaq görüşü Bosniya və Herseqovinadan olan referi İrfan Palto idarə edib.
Hər iki komanda finalda ilk dəfə iştirak edir. 2021/2022 mövsümündən etibarən təşkil olunan UEFA Konfrans Liqasında indiyə qədər üç komanda - “Roma” (İtaliya, 2021/2022), “Vest Hem” (İngiltərə, 2022/2023) və “Olimpiakos” (Yunanıstan, 2023/2024 ) qızıl medalları qazanıb.
Ən çox finala çıxan komanda isə İtaliya təmsilçisi “Fiorentina”dır. Florensiya klubu iki dəfə (2022/2023, 2023/2024) həlledici matçda oynamaq imkanı əldə etsə də, çempionluq sevinci yaşaya bilməyib.
Turnirin tarixində ən çox qol vuran futbolçu Artur Kabraldır. Hazırda Portuqaliyanın “Benfika” klubunun formasını geyinən braziliyalı hücumçu 21 qolla bombardirlər siyahısına başçılıq edir.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Sport1.az