Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.Sport1.az xəbər verir ki, yarımfinalın ilk oyunları İsveç və İspaniyada baş tutub.
"Çelsi" səfərdə "Yurqorden"in qonağıdır. "Betis" isə doğma meydanda "Fiorentina"nı qəbul edib.
Qeyd edək ki, yarımfinalın cavab oyunları 8 may tarixində keçiriləcək.
UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
1 may
23:00. "Yurqorden" (İsveç) 1 – 4 "Çelsi" (İngiltərə)
Qollar: İsak Alemayehu 68’
Ceydon Sanço 12’, Noni Madueke 43’, Nikolas Cakson 59’, 65’
23:00. "Betis" (İspaniya) 2 - 1 "Fiorentina" (İtaliya)
Qollar: Abdessamad Ezzazouli 6’, Antoni 64’
Luka Ranieri 72’
Sport1.az