Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirib.
Sport1.az xəbər verir ki, İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Matç rəqibin 10:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində növbəti matçını sabah, Xorvatiya millisinə qarşı keçirəcək.
Sport1.az