17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.Sport1.az xəbər verir ki, yığmamız AVRO-2025-in 2-ci seçmə mərhələsində Uelslə qarşılaşıb.
Görüş Albaniyanın Elbasan şəhərində baş tutub. İlk turda Albaniyaya 1:4 hesabı ilə uduzan yığmamız turnirdəki son matçında bir xal qazanıb. Rəqibin penaltini qaçırdığı görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
AVRO-2025-in 2-ci seçmə mərhələsi
B Liqası, 6-cı qrup
II tur, 22 mart
15:00. Uels – Azərbaycan - 0:0
“Elbasan Arena”
Qeyd edək ki, üç komandanın yer aldığı qrupun martın 25-də keçiriləcək son oyununda Albaniya ilə Uels üz-üzə gələcək.
Sport1.az