"Sumqayıt"ın futbolçusu Tresor Mossi Burundi millisində növbəti oyununu keçirib.Sport1.az xəbər verir ki, komanda DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində Fil Dişi Sahili ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mossi bu görüşün iştirakçısı olub. 23 yaşlı dayaq yarımmüdafiəçisi 86-cı dəqiqədə meydana buraxılıb.
5 turdan sonra 7 xalı olan Burundi yığması qrupda 3-cü pillədə qərarlaşıb.
Sport1.az