“İnter” klubunun prezidenti Cüzeppe Marotta futbolçu Hakan Çalhanoğlu haqda açıqlama verib.
Sport1.az xəbər verir ki, funksioner insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib6
“Hakana “Qalatasaray” və “Fənərbağça”dan maraq var, ancaq hələ rəsmi təklif almamışıq. Hakan bizə getmək istədiyini deməyib. Onun yeni mövsümün hazırlığında iştirak edəcəyini gözləyirik”.
Hakan 2021-ci ildən “İnter”in formasını geyinir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
Sport1.az