Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz” ilk yoxlama oyununu keçirib.
Sport1.az xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv Bolunun Gerede bölgəsində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Türkiyə 1-ci Liqa təmsilçisi “Çorum”la qarşılaşıb. Görüş “The Sign” hotelinin təbii örtüklü meydanında baş tutub və 1:1 hesabı ilə başa çatıb.
Bu, Tovuz klubunun yay toplanışı çərçivəsində ilk sınağı olub. Qarşılaşmada komanda heyətdəki yeni futbolçuların çıxışını sınaqdan keçirməklə yanaşı, taktiki kombinasiyalar üzərində də işləyib.
Qeyd edək ki, “Turan Tovuz” hazırlıq prosesi çərçivəsində daha üç yoxlama görüşü keçirməyi planlaşdırır. Qarşıdakı oyunlardan biri son İran çempionu “Traktor” klubuna qarşı olacaq.
Sport1.az