AFFA Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Fernandu Santuşa təzminat ödəyib.Sport1.az xəbər verir ki, bu barədə jurnalistlərə AFFA-nın baş katibi Cahangir Fərəcullayev bildirib.
O, təzminatın məbləğini açıqlamasa da, federasiya tərəfindən müqavilədə yer alan bütün şərtlərə əməl edildiyini söyləyib.
AFFA rəsmi şəkildə bu məbləği açıqlamasa da, "Qafqazinfo"nun məlumatına görə, Santuşa 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat ödənilib.
Xatırladaq ki, Fernandu Santuş ötən ayın 8-i istefaya göndərilib. Onunla imzalanan müqavilə vaxtından əvvəl ləğv edilib.
Santuş 2024-cü ilin iyun ayında Azərbaycan millisinin baş məşqçisi təyin edilmişdi.
Sport1.az