UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Bakıda "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi matçın idarə edəcək hakimlər açıqlanıb.
Sport1.az xəbər verir ki, Bakıda baş tutacaq oyun italiyalı ədalət təmsilçilərinə tapşırılıb.
Görüşün baş hakmi Andrea Kolombodur. Ona Stefano Alassio və Dario Cekkoni yardım edəcəklər. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək.
VAR hakimi Daniele Doveri, AVAR hakimi isə Daniele Paterna olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Sport1.az