UEFA Avropa Liqasının liqa mərhələsinin II turunda "Nitsa" "Fənərbağça" səfərindən 1:2 hesablı məğlubiyyət ilə qayıdıb.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra Fransa təmsilçisinin baş məşqçisi Frank Hayse "sarı lacivərtlilər"in daha yaxşı oynadığını söylədi:
"İstanbul təmsilçisinin bizdən daha yaxşı oynadığı dəqiq idi. Texnikaları bizdən yaxşı idi. İkili mübarizələrdə oyunçularımızı üstələdilər. Bunun üzərində çalışmalıyıq. Kifayət qədər fürsət yaxalaya bilmədik".
Qeyd edək ki, "Fənərbağça" UEFA Avropa Liqasında növbəti matçı evdə "Ştutqart"a qarşı oynayacaq.
Sport1.az