UEFA Avropa Liqasının liqa mərhələsinin II turunda "Fənərbağça" doğma meydanda "Nitsa"nı 2:1 hesabı ilə məğlub edib.Sport1.az xəbər verir ki, oyundan sonra sabiq türkiyəli futbolçu Nihat Kahveci qələbəni belə şərh edib:
"Bu matç final qarşılaşması idi. "Fənərbağça" isə finalı qazanaraq 3 xalla qayıdır. Növbəti görüş "Ştutqart"a qarşıdır. Həmin oyunda da qələbə qazansalar, növbəti mərhələ haqda düşünə bilərlər. Təmsilçimizin topla oyunu, Talişka ilk 30 dəqiqədə hərəkətliliyi və oyun qurucluğu ilə bir məhsuldar ötürməyə imza atdı. Kərəm Aktürkoğlunun iki qol vurması "sarı lacivərtli" azarkeşləri çox sevindirdi. Çünki qarşıdan gələn milli oyunlarımız var. Kərəmin yaxşı formada olması hamımız üçün vacib faktordur".
Sport1.az