"Çelye"nin baş məşqçisi Albert Riera UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçlarında keçiriləcək "Sabah"la matçdan danışıb.Sport1.az xəbər verir ki, o, oyundan öncə keçirilən mətbuat konfransında deyib:
O, mövsümə qələbə ilə başlamağın vacib olduğunu vurğulayıb:
"İlk matçdan sonra belə bir hiss yarandı ki, biz fasilələrə çox həssasıq. Buna görə də hazırlıqda oyuna bu cəhətdən daha çox diqqət yetirdik. Probleminiz varsa, amma onu necə həll edəcəyinizi bilirsinizsə, bu, problem deyil, sadəcə, bir çağırışdır. Mövsümə qələbə ilə başlamaq vacib idi. Psixoloji cəhətdən üstünlük qazandıq. Cavab matçına da çox yaxşı hazırlaşmışıq".
Sport1.az