Sloveniyanın "Çelye" klubunun hücumçusu Franko Kovaçeviç Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Masazırda “Sabah" üzərində qazandıqları qələbə (3:2) ilə bağlı fikirlərini bölüşüb.Sport1.az “24ur.com”a istinadən xəbər verir ki, Kovaçeviç Bakıdakı görüş haqda bunları deyib:
“Biz layiqli qalib gəldik. "Sabah" keyfiyyətli rəqib olduğunu göstərdi. Amma komandamız əsas məqamlarda əsl xarakter nümayiş etdirdi. Böyük komandalar belə qalib gəlir”.
Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Sport1.az