Türkiyə Super Liqasının 36-cı turu çərçivəsində “Qalatasaray” “Kayserispor”u qəbul edib.Sport1.az xəbər verir ki, “Cim-Bom” qonaqlara üç cavabsız qolla qalib gəlib - 3:0.
Oyunda qolları Barış Alper Yılmaz, Viktor Osimhen və penaltidən fərqlənən Fernando Muslera vurub.
Bu qələbə sayəsində “sarı-qırmızılar” mövsümün sonuna 2 tur qalmış “Fənərbağça”nı 8 xal qabaqlayaraq çempionluğu təmin ediblər.
Qeyd edək ki, “Qalatasaray” ardıcıl 3-cü, ümumilikdə isə 25-ci çempionluğunu qazanıb.
Sport1.az