Türkiyə Superliqasında 8-ci tura yekun vurulub.Sport1.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
“Kasımpaşa” – “Konyaspor” və “Samsunspor” – “Fənərbağça” matçında qalib müəyyənləşməyib. “Karagümrük” evdə “Qaziantep”ə uduzub, “Başakşəhər” “Göztəpə”yə səfərdə məğlub olub.
Hazırda 22 xalı olan “Qalatasaray” vahid liderdir. “Trabzonspor”un 17, “Göztəpə” və “Fənərbağça”nın 16, “Qaziantep”in 14, “Beşiktaş” və “Samsunspor”un 13 xalı var.
5 oktyabr
"Kasımpaşa" – "Konyaspor" - 1:1
Qollar: Vink, 72 – Muleka, 22.
"Karagümrük" – "Qaziantep" - 0:2
Qollar: Maksim, 55-pen. Kozlovski, 69.
"Göztəpə" – "Başakşəhər" - 1:0
Qol: Juan Santos, 43.
"Samsunspor" – "Fənərbağça" - 0:0
Sport1.az