“Qalatasaray”ın baş məşqçisi Okan Buruk zədəli futbolçu Viktor Osimhenin son durumunu açıqlayıb.Sport1.az xəbər verir ki, mütəxəssis “Konyaspor”la Super Liqa matçından (3:1) sonra bunları deyib:
“Osimhenin ağrıları var. Düzdür, məşqlərdə yer alır, amma hələ risk edə bilmirik. Ümid edirik ki, növbəti oyunda iştirak ərizəsində olacaq. Onun “Liverpul”la oyuna da hazır olmasını istəyirik”.
Osimhen bu mövsüm 3 oyunda 2 qol vurub.
Sport1.az