"Valensiya"nın yarımmüdafiəçisi Andre Almeydanın Türkiyəyə transferi gündəmdədir.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan portuqaliyalı futbolçu ilə "Trabzonspor" yaxından maraqlanır. Qaradəniz təmsilçisi oyunçunun meneceri ilə danışıqlar aparır. 25 yaşlı futbolçunun transfer dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, o, ötən mövsüm 38 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az