"Fənərbaxça" PSJ-nin futbolçusu Milan Şkriniarı tam almaq istəyir.
Sport1.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İstanbul klubu 30 yaşlı müdafiəçi üçün daha yüksək təklif göndərib. Hazırda Fransa klubunun tam razılığını əldə etmək üçün tərəflər arasında danışıqlar gedir.
Bildirilir ki, Slovakiyalı oyunçu özü və "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo bu keçidin baş tutmasında israrlıdırlar.
Qeyd edək ki, Milan Şkriniyar bu ilin qışından ötən mövsümün sonuna qədər icarə əsasında "Fənərbaxça"da çıxış edib. Onun PSJ ilə müqaviləsi 2028-ci ilə qədərdir.
Sport1.az