"Atletiko" "Atalanta"nın müdafiəçisi Matteo Ruggeri ilə müqavilə imzaladığını açıqlayıb.Sport1.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, Madrid klubu 22 yaşlı perspektivli futbolçu ilə 5 illik müqavilə imzalayıb. Müqavilənin dəyəri 17 milyon avrodur.
Qeyd edək ki, Ruggeri ötən mövsüm A Seriyasında 30 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az