Meksika millisinin ən yaxşı bombardiri "Çiçarito" ləqəbli Xavyer Ernandes qadınlar haqqında işlətdiyi ifadələrə görə cəzalandırılıb.
Sport1.az xəbər verir ki, Meksika Futbol Federasiyası 37 yaşlı futbolçuya sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Hazırda ölkəsinin "Qvadalaxara" klubunda çıxış edən hücumçuya pul cəriməsi kəsilib. Bundan əlavə, təkrar pozuntu təqdirində, Çiçaritonun daha ciddi cəzalandırılacağı bildirilib.
İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Real" klublarının formasını geyinmiş futbolçunun sosial şəbəkələrdə qadın və kişi münasibətlərinə dair paylaşdığı video böyük müzakirələrə səbəb olub. Hətta Meksika prezidenti Klaudiya Şeynbaum da onu işlətdiyi ifadələrə görə tənqid edib.
Qeyd edək ki, X.Ernandes 2024-cü ildən "Qvadalxara"nın formasını geyinir.
Sport1.az