"Yuventus" polşalı hücumçusu Arkadiuş Milikin müqaviləsinin müddətini uzadıb.Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşa millisinin üzvü ilə yeni müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.
Qeyd edək ki, Milik 2024-cü il iyunun 7-də Polşa millisi ilə Ukrayna yığması arasında keçirilən yoldaşlıq oyununda (3:1) dizindən aldığı zədə səbəbindən bu mövsüm heç bir matçda iştirak etməyib.
Sport1.az