“Barselona”nın hücumçusu Robert Levandovski komandasında 105-ci qolunu vurub. Sport1.az xəbər verir ki, polşalı oyunçu La Liqanın 6-cı turunda “Ovyedo” ilə oyunda (3:1) fərqlənib.
Bu göstərici ilə o, Kataloniya təmsilçisinin sabiq futbolçusu Neymarın klubdakı qol sayına çatıb.
Qeyd edək ki, Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro civarında qiymətləndirilir.
Sport1.az