Braziliyalı ulduz futbolçu Neymarın çıxış etdiyi "Santos" baş məşqçisi Pedro Kayşinya ilə vidalaşıb.
Sport1.az xəbər verir ki, buna komandanın uğursuz nəticələr əldə etməsi səbəb olub.
“Santos” A seriyasının ilk 3 turunda cəmi 1 xal toplayıb. “Vasko da Qama”ya 1:2, “Fluminense”yə 0:1 hesabı ilə uduzan Neymar və komandası “Bayya” ilə heç-heçə edib – 2:2.
1 xala malik “Santos” 20 komanda arasında 18-ci pillədə qərarlaşıb. Kayşinya ilə birlikdə onun köməkçiləri, qapıçıların məşqçisi və fiziki hazırlıq üzrə çalışdırıcı da postundan kənarlaşdırılıb. Komandanı müvəqqəti olaraq Braziliya milisinin sabiq futbolçusu Sezar Sampayo çalışdıracaq.
Qeyd edək ki, baş məşqçi istefası 1912-ci il aprelin 14-də yaradılan “Santos”un 113 illiyi günü gerçəkləşib.
Sport1.az