İspaniya millisinin sabiq futbolçusu Daniel Quizanın yeni klubu bəlli olub.
Sport1.az xəbər verir ki, 45 yaşlı hücumçu İspaniyanın 7-ci liqa klubu “Rayo Sanlukenyo” ilə 1 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, karyerası ərzində "Fənərbaxça" (Türkiyə), "Barselona", "Kadis", "Mayorka" və "Xetafe" (hamısı İspaniya) klublarının formasını geyinmiş D.Quizanın son iş yeri İspaniyanın 5-ci liqasında çıxış edən "Rotena" komandası olub. O, İspaniya millisində meydana çıxdığı 21 oyunda 6 qol vurub.
Sport1.az