Jorkaeff Reaskonun karyerasını Azərbaycanda davam etdirə biləcəyini diqqətinizə çatdırmışdıq.Sport1.az xəbər verir ki, 26 yaşlı forvardla "İmişli" yaxından maraqlanırdı. Lakin hazırda "El Nasional"da çıxış edən hücumçunun bölgə təmsilçisinə keçidi baş tutmayıb.
Buna səbəb Ekvador millisinin üzvünün Azərbaycanda çıxış etmək istəməməsi olub. Forvard Premyer Liqanın səviyyəsinin aşağı olduğunu bildirərək "İmişli"yə keçməkdən imtina edib.
Qeyd edək ki, 26 yaşlı oyunçu karyerası ərzində "LDU Kito", "Dorados de Sinaloa", "Nyuells Old Boyz", "İnstituto", "Barselona" (Ekvador) kimi klublarda çıxış edib.
Hücumçu Ekvador millisində 5 oyunda top qovub.
Jorkaeff 114 matçda meydana çıxıb. Bu görüşlərdə 19 qol vurub, 8 məhsuldar ötürmə edib.
Sport1.az