“Barselona” futbolçusu Frenki de Yonq ilə müqaviləni uzatmaq istəyir.
Sport1.az xəbər verir ki, klub niderlandlı yarımmüdafiəçi ilə danışıqlar aparır. Frenkiyə 3+1 illik sözləşmə təklif olunub.
Frenki 2019-cu ildən “Barselona”da forma geyinir. O, La Liqada 177 oyunda 14 qol vurub, 15 məhsuldar ötürmə edib.
Sport1.az