“Nəticələr gözləntiləri doğrultmadı. Komandanın çıxışı da ürəkaçan deyildi. Nəyisə dəyişməyin vaxtı idi”.Sport1.az “Marca” nəşrinə istinadən xəbər verir ki, bunu “Real Madrid”in sabiq baş məşqçisi Karlo Ançelotti deyib.
Hazırda Braziliya millisini çalışdıran italiyalı mütəxəssis Madrid klubundan ayrılmasını belə əsaslandırıb: “Arsenal” “Real”ı Çempionlar Liqasından kənarlaşdırdıqdan sonra müzakirə etdik və qərar verdik. Bu, gözlənilən idi. Hamı belə başa düşdü ki, bu, daha yaxşı olardı: "Real" yeni yola başlayar, mən də Braziliyanın yanında olardım".
Qeyd edək ki, Ançelotti 2013-2015 və 2021-2025-ci illərdə "Real Madrid"in baş məşqçisi vəzifəsində çalışıb. Mayın 12-də Braziliya millisi Ançelottinin milli komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb.
Sport1.az