İspaniya təmsilçisi "Real Saraqosa"nın yeni baş məşqçisi bəlli olub. Sport1.az xəbər verir ki, komanda “Atletiko Madrid”in sabiq kapitanı Qabiyə tapşırılıb.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb. İspaniyalı veteran futbolçu bunadək “Xetafe”nin B komandasına rəhbərlik edib.
Sequndada mübarizə aparan “Real Saraqosa” 36 xalla 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Qabi futbolçu kimi də “Real Saraqosa”da oynayıb.
Sport1.az