İngiltərənin "Aston Villa" və "Vest Hem" klubları İtaliya təmsilçisi "Milan"ın futbolçusu Ruben Loftus-Çiklə maraqlanırlar.
Sport1.az xəbər verir ki, 29 yaşlı ingiltərəli oyunçu kifayət qədər forma şansı əldə etməsə, ölkəsinə qayıtmağı nəzərdən keçirəcək.
Növbəti bir neçə ay həlledici olacaq. "Milan"ın baş məşqçisi Massimiliano Alleqri də yarımmüdafiəçinin çıxışından razı deyil.
Qeyd edək ki, 2023-cü ildə İtaliya təmsilçisinə keçən Ruben Loftus-Çikin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.
Sport1.az