"Milan"ın baş məşqçisi Massimiliano Alleqri komandasının 1 oyununda yanında ola bilməyəcək.
Sport1.az xəbər verir ki, o, A seriyasında "Bolonya" ilə son oyunda qırmızı vərəqə ilə cəzalandırılıb.
Buna görə də Alleqri 1 oyunluq cəza və 10 min avro cərimə ilə üzləşib.
Mütəxəssis A Seriyasında sentyabrın 20-də "Udineze" ilə növbəti matçı buraxacaq.
Sport1.az