"Liverpul"un futbolçusu mövsümü erkən başa vura bilər.Sport1.az xəbər verir ki, İngiltərə Liqa Kubokunun III mərhələsində "Southempton"la qarşılaşmada "qırmızılar"ın müdafiəçisi Ciovani Leoni zədələnib.
18 yaşlı futbolçunun ön çarpaz bağında yırtıq müşahidə olunub.
Bu zədəyə görə onun bir neçə ay yaşıl meydanlardan uzaq qalması ehtimal olunur.
Sport1.az