"Real Madrid"in müdafiəçisi Antonio Rudiger əməliyyat olunub. Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçinin bərpa prosesinə tezliklə başlanacaq. Rüdigerin 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, almaniyalı "Barselona" ilə Kral Kubokunun final matçının (2:3) 111-ci dəqiqəsində dizində problem yarandığı üçün əvəzlənmişdi.
Sport1.az