"Liverpul" UEFA Çempionlar Liqası protokolunda dəyişiklik edib.Sport1.az xəbər verir ki, mersisaydlılar zədələnən müdafiəçisi Ciovani Leonini heyətdən çıxarıb.
"Qırmızılar" 18 yaşlı futbolçunun əvəzinə onun həmyerlisini, Federiko Kiezanı əlavə edib.
Qeyd edək ki, "Liverpul"un Çempionlar Liqasında növbəti matçı 30 sentyabr tarixində "Qalatasaray"a qarşı olacaq.
Sport1.az