“Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Milan”dan Malik Tşaunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.
“Nyukasl” transfer üçün 35 milyon avro ödəyib.
Müdafiəçi ötən mövsümdə 31 oyunda 1 qol vurub.
Sport1.az