2023-2024-ci illər mövsümünün sonunda "Qarabağ"dan ayrılaraq Yunanıstanın "Panserraikos" komandasına keçən gürcüstanlı qapıçı Luka Quqeşaşvili klubunu dəyişib.
Sport1.az xəbər verir ki, 25 yaşlı qolkiper ölkənin köklü və iddialı kollektivlərindən biri olan PAOK-a keçib.
Saloniki təmsilçisi qarşı tərəfə 1 milyon avro təzminat ödəyib. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da oynayıb.
Sport1.az