“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, Münhen klubu “Liverpul”dan Luis Diası transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb.
“Bavariya” Dias üçün “Liverpul”a 75 milyon avro ödəyib.
Qeyd edək ki, kolumbiyalı futbolçu ötən mövsüm "Liverpul"da 50 oyunda 17 qol vurub. O, 2022-ci ildən "Liverpul"da oynayırdı.
Sport1.az