“Real”ın futbolçusu Rodriqo karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Sport1.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngiltərə klubu Cek Qrilişin ayrılığı sonrası bu mövqeyə transfer düşünür. “Şəhərlilər”də əsas hədəf “Real”dan ayrılmaq istəyən Rodriqodur. Komandanın baş məşqçisi Xosep Qvardiola rəhbərlikdən braziliyalının heyətə cəlb edilməsini istəyib.
“Real” Rodriqo üçün 100 milyon avro tələb edir.
Futbolçu ötən mövsümdə 54 oyunda 14 qol vurub, 11 məhsuldar ötürmə edib.
Sport1.az